RİPAL ORQANİZMLƏR

(lat. ripa – çayın sahili) çayların sahil zonasında məskunlaşan orqanizmlər (qamış, bentos yosunları, bir çox malyuskalar, xərçəngkimilər, bir çox həşəratların sürfələri və s.).
RƏNGLİ AEROFOTOŞƏKİLÇƏKMƏ
RİTROBİOLOGİYA
OBASTAN VİKİ
Avtotrof orqanizmlər
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir. Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk mərhələsi çoxlu miqdarda istənilən fermenti sintez edən produsentin seleksiya yolu ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir: – ferment hüceyrədən xaricə sintez edilməlidir. Hüceyrəxarici fermentlərin alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir; – az müddət ərzində çoxlu ferment sintez etməlidir; – əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment və zülallar sintez etməməli və ya az miqdarda sintez etməlidir, belə olduqda fermenti asanlıqla ayırırlar; – ştamm antibiotik və toksin əmələ gətirməməlidir.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Birhüceyrəli orqanizmlər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota). İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır. == Protista == Protista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir.
Böyük orqanizmlər
Böyük orqanizmlər — bu, Yer kürəsində rast gəlinən daxil olduqları sinif və ya dəstələrdə (sıralarda) ölçülərinə görə (kütlə, uzunluq, hündürlük və s.) ən böyük olan heyvan, bitki və digər orqanizmlərin siyahısıdır.
Heterotrof orqanizmlər
Heterotroflar (q.yun. ἕτερος — "başqa", "müxtəlif" və τροφή — "qida") — qeyri-üzvi yolla (fotosintez, hemosintez) üzvi maddələr sintez etmək qabiliyyəti olmayan orqanizmlər. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun."hetero"-müxtəlif , "trofe"-qidalanma) orqanizmlər adlanır. Heterotroflar 2 yerə bölünür: saprofitlər və parazitlər. Saprofitlər hazır üzvi maddələrlə qidalanır, ancaq canlılara ziyan vermirlər. Bu cür qidalanmaya bakteriya və göbələklərdə daha çox rast gəlinir. Parazitlər canlı orqanizmlərdə yaşayır. Onlar sahib orqanizmdə qidalanır, ifrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda, göbələklərdə, bitki və heyvanlarda rast gəlinir. Viruslar da canlı orqanizmlərdə parazitlik edir.
Kolonial orqanizmlər
Kolonial orqanizmlər-su heyvanlarıdır. Qeyri cinsi çoxalma zamanı əmələ gələn yeni fərd ana fərddən ayrılmayaraq koloniya əmələ gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi qamçılılar, şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir. İbtidai xordalılardan sinassidilər, slaplar, və nəsli kəsilmiş qraptolitlər kolonial orqanizmlərdir.Salam Koloniya-(lat. colonia -köçmə) orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşma. Orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları əsasən oturaq heyvanlar əmələ gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs.
Pelagial orqanizmlər